Bir kəlmə danışıb, dinə bilməsə Gözüm gözlərinə, baxsa bəsimdi Qədrimi bilməsə, dərdi bölməsə Saçıma bir sığal, çəksə bəsimdi.

This post is unavailable.

Bir kəlmə söz denən, danış mənimlə Ya otur, danışım, sən məni dinlə Həsrət boğur məni,iki əlimlə Səninlə küsülü qala bilmirəm Al ömür payımı, qoy sənin olsun Xoşbəxtlik özgənin, qəm mənim olsun Ölümüm də sənin, əlindən olsun Səninlə küsülü qala bilmirəm.


Nə ağır qərardı gedirəm demək Ağlında fikrində o qalır, ancaq Bir ümid geriyə baxırsan yenə Sənə qalan olur geriyə baxmaq. Nə ürək baş etdi qürurun ilə Nə sən ürək edib gətirdin dilə Bir dəfə dərdini açmadın belə Sənə də dərd oldu qürurlu olmaq


Yazıram, pozuram dinə bilmirəm Qəlbim qan ağlayır, gülə bilmirəm Mən özüm xoşumla ölə bilmirəm Dinsəm öldürərlər, dinməsəm ölləm.. Gəl oyun oynama, mənimlə birdə Gözlərim yol çəkər, səni gözləsəm.. Bəlkə də dinmirem, bilmirsən ki sən Dinsem öldürdülər x dinməsem ölləm

Qulaqlar uyuyur bir xoş yalanda, Vəd verən də bilir, vədi alan da. Bu söz oyununda naçar qalanda, Dinsəm öldürərlər, dinməsəm ölləm…



Qapını açıq qoy, bir qələm götür, Ən gözəl hissləri köçür dəftərə. Bu gecə xoşbəxtlik , sevgidən yazıb Yer vermə şeirdə, pas tutan dərdə. Bu gecə evindən dərdi kənar tut, Qoy birdə o sənə yaxın gəlməsin. Sevinci gözündən hiss edən o dərd, Özünə dərd etsin, dərd gətirməsin..

Bir dərd evim vardır, sakini tək mən Küləklər sovurar, açar qapımı Hər gecə bir şeir enər qeybdən Döyər pas bağlayan naçar qapımı



Nə biləsən tufan qopur içimdə Qan açılır, qat bağlayır içim də Sildiyin gün hərşeyi bir içimdə Sənə könlüm küskün düşüb.. incimə

eşidəndə dəyişmişəm dünyamı, çiçəklər də haray salsa incimə.. demirdinmi: “alacaqsan canımı” ruhum getsə, canım qalsa.. incimə



Nə yazsam, nə etsəm etmir təsəlli Nə gecəm var sənsiz, nə günüm bəlli Mən köçüb qəlbinə, qalım təməlli Kənardan baxmağım ovutmur axı. Sirdaşım olundu dağ-dərə düzlər Buna nə qəlb dözər, nə dözər gözlər Adına yazdığım ən gözlər sözlər Gözümün yaşını qurutmur axı

O gül yanaqlara özgə toxunsa, Ətrini duyduğum sənin qoxunsa, Adına nəğmələr yazıb oxunsa, Qəlbimi soyuda bilmərəm axı..



Bu məğlubiyyət dərman kimi gəldi, davamlı olsun insAllah çox sağol @GalatasaraySK


United States Trends
Loading...

Something went wrong.


Something went wrong.